Konsulun iqamətgahında Qaşıqçıya aid qan nümunəsi tapıldı
Bizi izləyin

Region

Konsulun iqamətgahında Qaşıqçıya aid qan nümunəsi tapıldı

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında itkin düşən müxalif ərəb jurnalist Camal Qaşıqçı ilə bağlı axtarışlar aparılıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq qrupu konsulun iqamətgahında Qaşıqçı olayına dair bəzi nümunələr aşkar edib.

Ötən gün Baş Konsulluqda aparılan 9 saatlıq axtarışlar zamanı jurnalistin qətlinə dair tapılan dəlillərlə konsulun iqamətgahından götürülən nümunələr arasında uyğunluq olduğu deyilir.

Məhkəmə ABŞ təmsilçilərindən səudiyyəli jurnalistin qan nümunələrini tələb edib.

"Luminol" adlı üsuldan istifadə etməklə DNT nümunələri götümək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm