• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Qaşıqçının cəsədi ondadır: polis HƏR YERDƏ AXTARIR - ŞOK İDDİA

  • Region
  • 21 Oktyabr 2018 18:36
  • 6 216 Baxış
Qaşıqçının cəsədi ondadır: polis HƏR YERDƏ AXTARIR - ŞOK İDDİA

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluqdan çıxarılan səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi Sultanəhmədə aparılıb və Mardin vilayətində qeydiyyatda olan bir Türkiyə vətəndaşına təslim edilib.

Publika.az xəbər verir ki, bu haqda “Habertürk” yazıb.

Cənazənin birbaşa hardasa basdırılmadığı, Səudiyyə konsulluğunun əlaqəyə keçdiyi bir Türkiyə vətəndaşının vasitəsilə yox edilməyə çalışıldığı bildirilir. Hazırda Türkiyə polisi həmin vətəndaşı axtarır.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR