31 illik müqavilə ləğv olunur: nüvə müharibəsi hər an BAŞLAYA BİLƏR
Bizi izləyin

Region

31 illik müqavilə ləğv olunur: nüvə müharibəsi hər an BAŞLAYA BİLƏR

ABŞ prezidenti Donald Tramp “soyuq müharibə” dövründə imzalanan və Avropanı nüvə hücumundan qoruyan müqavilədən çəkiləcəyini açıqladı.

Publika.az
xəbər verir ki, ABŞ buna səbəb kimi Rusiyanın müqaviləni pozduğunu göstərib.

“Təəssüf ki, Rusiya müqaviləyə əməl etmədi, buna görə də müqavilədən çəkiləcəyik”, - deyə Tramp bildirib.

Trampın bu açıqlamasına Rusiya sərt etiraz edib və ABŞ-a qarşı təhdidlər səsləndirib.

Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-ın təktərəfli olaraq müqavilədən çəkilməsinin “son dərəcə təhlükəli” olduğunu və buna qarşı hərbi cavab verilməyin vacibliyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya prezidenti Vladimir Putinin bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edəcəyini və ABŞ-ın müqavilədən çəkilmə planı haqqında müzakirələr aparacağını bildirib.

Qeyd edək ki, Orta Mənzilli Nüvə Gücləri Müqaviləsi 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ lideri Mixail Qorbaçov arasında imzalanıb. Bu müqavilə hər iki ölkənin Avropa və Alyaskanı vura biləcək qısa və orta mənzilli nüvə raketlərindən istifadəsini qadağan edir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm