Dağıstanda məscid yandı
Bizi izləyin

Region

Dağıstanda məscid yandı

Dünən axşam saatlarında Dağıstan Respublikasının Çarodin rayonunun Qoçob kəndində məscid yanıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm