Region
Müharibə variantına 5 GÜN QALDI - Nazir AÇIQLADI
Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir.
Publika.az xəbər verir ki, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.
“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.
Sanksiyaların psixoloji təsirinin olduğunu ifadə edən Zərif bu təsiri daha əvvəldən hiss etməyə başladıqlarını qeyd edib. Onun sözlərinə görə, noyabrın 4-də ABŞ-ın tətbiq edəcəyi sanksiyaların böyük təsiri olmayacaq.
İranın xarici siyasət idarəsinin başçısı ölkənin maraqlarına xidmət etdiyi müddətdə nüvə razılaşmasından çıxmayacağını vurğulayıb.
“Prezident Donald Trampa bunun ən yaxşı anlaşma olduğuna dair təminat verirəm. Bundan daha yaxşısı mümkün deyil. İran nüvə razılaşmasını yenidən müzakirə etməyəcək”, - nazir söyləyib.
Daha əvvəl Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalının efirində deyib ki, bərpa olunmuş əvvəlki sanksiyalar ölkədə dəyişikliklərə gətirib çıxarmasa, ABŞ İran barəsində sanksiyaların yeni variantlarını tapacaq.
“Düşünürük ki, lazım olan sanksiyalar ölkədə əhəmiyyətli iqtisadi və siyasi effekt doğuracaq. Biz İran rejiminin davranışında ciddi dəyişikliklər istəyirik. Əgər İran öz siyasətini dəyişdirməsə, o halda ölkəyə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək”, - Bolton bildirib.
Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.
Ömər Dağlı
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO

































.jpg)

.jpg)