Region
Qaşıqçının cəsədini tapmaq Meloya QALDI - FOTO
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalistin cəsədi ilə bağlı müəmma davam edir.
Bir neçə gün əvvəl Türkiyənin ”Yeni Şəfəq” nəşrində Halik Karakayanın yazdığına görə, Sultanqazidə tərk edilmiş halda olan diplomatik nömrəli avtomobildə aşkarlanan kimyəvi qoruyucu maska cinayətdə xüsusi hazırlanmış asit turşusundan istifadə edildiyinə dair ehtimalı gücləndirib. Mikrobiologiya mütəxəssislərinin sözlərinə görə, cəsədin yox edilməsi üçün istifadə edilən asit turşusu sümük, daxili orqanları, saç və dişlər də daxil olmaqla hər cür toxumanı qısa müddət ərzində əridərək mikroskopik parçalara ayıra bilir. Kəşfiyyat və təhlükəsizlik gücləri axtarış fəaliyyətinə bu ehtimalı da daxil ediblər.
Digər bir ehtimal isə cəsədin yandırıması ilə bağlıdır. Polis tərəfindən aparılan axtarışlar zamanı konsulun iqamətgahındakı peç şübhələri üzərinə çəkib. Peçin bacasındakı hisin də yaxın dövrə aid olduğu bildirilir. Peçin tamamilə təmizlənməsindən şübhələnən polis baca və peçdən nümunələr götürüb. Nümunələr araşdırılması üçün kriminal laboratoriyaya göndərilib.
Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türk həmkarlarına İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğunu bildirməkdən imtina etməsi də təhlükəsizlik güclərini əlavə variantlara üz tutmağa vadar edir.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Qaşıqçı üçün qurulan xüsusi qrupda təlim iti Melo da yer alıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Melo konsulluq binasındakı qarderoba reaksiya verib. Bu, jurnalsitin öldürülməsindən sonra qısa müddət olsa belə, orada saxlanıldığı ehtimalını ortaya çıxarıb.
Səudiyyəli səlahiyyətlilər itin konsulun iqamətgahında axtarışlarda iştirakına isə icazə verməyiblər.
Melonun daha əvvəllər Mersin, Adana, Hatay və Dənizli kimi vilayətlərdə itən şəxslərin cəsədlərin sürətli şəkildə tapdığı bildirilir.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
Ömər Dağlı
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı








.jpg)





.webp)





















