Sərnişin qatarı yük maşını ilə toqquşdu: 18 yaralı
Bizi izləyin

Region

Sərnişin qatarı yük maşını ilə toqquşdu: 18 yaralı

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını ilə toqquşub.

Publika.az xəbər verir ki, sərnişin qatarının yük maşını ilə dəmir yolu keçidinə çıxması nəticəsində baş verən toqquşmada maşinist, maşinistin köməkçisi, avtomobilin sürücüsü və qatarın 15 sərnişini xəsarət alıblar.

Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə tibbi yardım üçün müraciət ediblər.

Bildirilir ki, toqquşma Timaşevskya və Vedmidovka stansiyaları arasında olan keçiddə baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm