Lavrov: "ABŞ geri çəkilsə də..."
Bizi izləyin

Region

Lavrov: "ABŞ geri çəkilsə də..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir sanksiyaların tamamilə qeyri-qanuni olduğunu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını ciddi şəkildə pozduğunu bildirib.

İspaniyalı həmkarı Yosef Borrel ilə görüşdən öncə jurnalistlərin suallarını cavablandıran Lavrov vurğulayıb ki, sanksiyaların elanı və tətbiqi üsulları qarşı tərəfi incidəcək şəkildə həyata keçirilib. Nazir ABŞ-ın sanksiyalarına rəğmən, İranla iqtisadi münasibətləri inkişaf etdirmənin yollarını axtaracaqlarını ifadə edib.

Rusiya rəsmisi qeyd edib ki, ABŞ razılaşmadan geri çəkilsə də, həm Avropa ölkələri, həm Rusiya, həm də Çin İranla razılaşmada qaldıqlarını bir daha dəqiqləşdirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm