İran ABŞ-a qarşı gözlənilməz şəkildə hərəkətə keçdi - Neftin qiyməti ucuzlaşdı
Bizi izləyin

Region

İran ABŞ-a qarşı gözlənilməz şəkildə hərəkətə keçdi - Neftin qiyməti ucuzlaşdı

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketinin 5 noyabrda tətbiq edilməsi bu ölkəni hərəkətə keçirib.

Publika.az xəbər verir ki, İran daha öncə 79,15 dollar dəyərilə Tehran Enerji Bazarında satışa çıxardığı neftin bir barelinin qiymətini 64,97 dollara endirib.

Neft Nazirliyindən verilən açıqlamada məlumat təsdiq edilib. Bazardakı neftin 245, 245 və 210 000 barel olmaqla, 3 ayrı alıcı tərəfindən sifariş şəklində alındığı bildirilib. Açıqlamada qiymətlərin endirilməsinin özəl sektorun potensialından yararlanmaq və neft satışındakı kanalların çeşidləndirilməsi məqsədlə aparıldığı qeyd edilib.

İran bu addımla onun neftini hədəf alan ikinci sanksiya paketinə qarşı ciddi addım atmaq və nəğd valyuta axınını təmin edərək embarqonu pozmağı hədəfləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm