Türkiyənin səbirsizliklə gözlədiyi GÜN GƏLİR - Ərdoğan "G-20" zirvəsindən öncə açıqlayacaq
Bizi izləyin

Region

Türkiyənin səbirsizliklə gözlədiyi GÜN GƏLİR - Ərdoğan "G-20" zirvəsindən öncə açıqlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2 avqust tarixində açıqladığı 46 milyard dollar dəyərində 400 layihənin yer aldığı birinci “100 günlük” fəaliyyət planının müddəti tamamlanıb.

Publika.az xəbər verir ki, prezidentin həftəiçi ikinci “100 günlük” fəaliyyət planını açıqlaması gözlənilir.

İkinci planının daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yerli İdarəetmə Siyasəti Qurumunun iştirak edəcəyi sahələr üzrə, qısamüddətli və təcili işlərdən ibarət olacağı ehtimal edilir.

Ərdoğan Argentinada təşkil ediləcək G-20 liderlər zirvəsindən öncə ölkəsinin yerli seçkilərlə bağlı olan planlarını açıqlamağı düşünür. İkinci fəaliyyət planının müddəti isə 31 mart 2019-cu ildə başa çatacaq.

Qeyd edək ki, bu ilki prezident seçkilərində rəqiblərini açıq fərqlə üstələyərək yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan əvvəlki hökumət sistemində köklü dəyişikliklər edərək yeni dövrdə Prezident İdarəetmə Sistemi qurub. Bu sistem çərçivəsində bir neçə “100 günlük” fəaliyyət planlarının həyata keçiriləcəyi hədəflənib. Planlar çərçivəsində nəqliyyat, energertik, iqtisadiyyat, sənaye, ticarət, ətraf mühit, xarici siyasət, özünümüdafiə, təhsil, səhiyyə, təsərrüfat, texnologiya, turizm, mədəniyyət və idman da daxil bir çox sahələrdə yeni işlər görülür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm