• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

  • Region
  • 12 Noyabr 2018 12:02
  • 2 435 Baxış
Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan Amed kod adlı terrorçu təşkilatda yaşanan pozğunluqları açıqlayıb.

Publika.az xəbər verir ki, Amed ifadəsində yaşadığı və şahidi olduğu dəhşətli təcavüz hadisələrindən danışıb.

2015-ci ildə 15 yaşında təşkilata qoşulduğunu deyən Amed İraqın şimalına keçmədən Dağlıca çölündə Darşin kod adlı qadına təcavüz edilməsinin şahidi olduğunu deyib.

2016-cı ildə Zap düşərgəsində qalarkən mağarada Şahan kod adlı iranlı terrorçunun təcavüzünə məruz qaldığını, bu hadisədən şikayət etməsinə baxmayaraq, bir nəticənin olmadığını bildirib. Amedin sözlərinə görə, şikayət edəndən sonra onu agent adlandırıblar, üstəlik yalan dediyini əsas gətirərək həbs ediblər.

Amed Kandildəki təşkilat başçılarının pozğun olduğunu deyərək, şahidi olduğu hadisələrdən danışıb:

“Xüsusən də, Murat Qarayılan və Duran Kalkan uşaq və qadınlara düşkündür. Ona görə də hər kəs bu adlardan nifrət edir. Təşkilat başçıları qadın və uşaqlar üstündə dava edir. Rəhbərlər onların istəklərinə boyun əyməyən uşaq və qadınları öldürür, mağaza zindanlarında müxtəlif işgəncələr verir.

Gənclər və uşaqların atışma zamanı həm daha irəli getməsi, həm də təcavüzə hazır olmaları üçün onlar narkotikdən asılı hala salınır. Təşkilatda insan və insanlığın dəyəri yoxdur. Ya əməliyyat, ya da edam nəticəsində öləcəyimi təxmin edərək təşkilatdan qaçmaq qərarı verdim”, - deyə o ifadəsində bildirib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR