İrandan şok NÜVƏ TƏHDİDİ: əgər ehtiyaclarımız ödənməsə…
Bizi izləyin

Region

İrandan şok NÜVƏ TƏHDİDİ: əgər ehtiyaclarımız ödənməsə…

İqtisadi ehtiyacları ödənməyəcəyi halda, İran nüvə razlaşmasından çıxacaq.

Publika.az xəbər verir ki, bu haqda ICANA agentliyinə danışan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Nüvə anlaşmasında qalan Avropa İttifaqı ölkələri və digər ölkələr razılaşma çərçivəsində İranın iqtisadi ehtiyaclarının qarşılanmayacağı halda, razılaşmada qalmayacağımızı bilirlər”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib və İrana qarşı sanksiyaları yeniləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm