Türkiyəyə qarşı İŞİD TAKTİKASINA KEÇDİLƏR: İnternetdən 60-100 dollara satılır
Bizi izləyin

Region

Türkiyəyə qarşı İŞİD TAKTİKASINA KEÇDİLƏR: İnternetdən 60-100 dollara satılır

Türkiyənin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır günlərini yaşayan PKK terror təşkilatı İŞİD-in terror təşkilatının da sıx-sıx istifadə etdiyi pilotsuz uçuş aparatları ilə hücum taktikasından istifadə etməyə başlayıb.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, PKK noyabrın 10-da Şırnak valiliyinə və 7 baza bölgəsinə partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz təyyarə ilə hücum etməyə cəhd etmişdi.

Ötən gün PKK “kamikadze taktikası”ndan Hakkari vilayətinin Şəmdinli mahalında istifadəyə cəhd edib. Lakin model uçuş aparatı təhlükəsizlik gücləri tərəfindən endirilib. Təyyarədə 300 qram TNT partlayıcı tapıldı.

Təhlükəsizlik güclərinin peşəkarlıqla zərərsizləşdirdiyi pilotsuz uçuş aparatları PKK tərəfindən ucuz olması və radarlar tərəfindən bir qədər çətin aşkarlanması səbəbiylə istifadə edilir. Onların internetdə 60-100 dollar arasında satıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm