Şahzadənin dostunun villasında axtarışlar başladı - FOTO
Bizi izləyin

Region

Şahzadənin dostunun villasında axtarışlar başladı - FOTO

Türkiyənin cənub-qərbində yerləşən Yalova vilayətinin Termal mahalında ərəb iş adamına aid olduğu iddia edilən bir villada axtarışlar başladılıb.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Yalova valisi Müəmmər Erol İstanbuldan gələn xüsusi qrupunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı araşdırma apardığını deyib.

Ərəb iş adamının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın dostu olduğu bildirilir. Villada bir aydır kimsənin olmadığı deyilir. Axtarışlar həmçinin villanın qonşuluğunda yerləşən başqa bir villada da aparılır.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm