Region
Qonşudakı seçkilərlə bağlı araşdırma aparılır - Nazir açıqladı
Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş vermiş 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır.
Report-un verdiyi xəbərə görə, bu barədə daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyanın nümayəndələri var: “Faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır”.
Nazir müavini qeyd edib ki, Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün aktiv fəaliyyətini davam etdirir: “Mobil polis qruplarının bütün ölkə üzrə yerdəyişməsi həyata keçirilir. Polisin səlahiyyətinə daxil olan bütün faktlara dərhal reaksiya verilir”.
Gürcüstanın Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, dairə seçki komissiyalarına 171 şikayət daxil olub.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB