Güclü külək Gürcüstanı bu duruma saldı - FOTO
Bizi izləyin

Region

Güclü külək Gürcüstanı bu duruma saldı - FOTO

Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib.

Axar.az xəbər verir ki, ən çox ziyan İmereti, Meqreliya-Yuxarı Svaneti regionlarına dəyib.

Gürcüstanın fövqəladə halların idarəetmə xidmətinin məlumatına görə, İmereti bölgəsində qasırğa 60 evin damını uçurub, mərkəzi küçə və prospektlərdə 25 ağacı aşıraraq yolları bağlayıb, 5 avtomobil ağacların altında qalıb.

Meqreliya-Yuxarı Svaneti bölgəsində də vəziyyət acınacaqlıdır. Bölgədə evlərin damı uçub, yaşayış massivlərinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Ümumiyyətlə qəzalarla bağlı bu bölgədən fövqəladə hallar xidmətinə 210 müraciət daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm