Sarkisyanın qardaşı oğlu Praqada saxlanıldı
Bizi izləyin

Region

Sarkisyanın qardaşı oğlu Praqada saxlanıldı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan saxlanılıb.

Publika.az xəbər verir ki, İnterpolun xətti ilə axtarışda olan N.Sarkisyanın Çexiyanın Praqa şəhərində gizləndiyi müəyyən edilib. Bildirilir ki, saxlanılan zaman N. Sarkisyan Qvatemala vətəndaşı Franklin Qonsalesin adına olan pasport təqdim edib.

Axtarışda olan N.Sarkisyanın Ermənistana ekstradisiyasının təşkili üçün məlumat ölkənin Baş Prokurorluğuna təqdim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm