Daşnaksütyun Partiyasının SONU: Seçkidə 1% səs toplayacaq, parlamentə gedə bilməyəcək və...
Bizi izləyin

Region

Daşnaksütyun Partiyasının SONU: Seçkidə 1% səs toplayacaq, parlamentə gedə bilməyəcək və...

Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Daşnaksütyun Partiyası növbədənkənar parlament seçkilərində təxminən 1% qazanacaq.

Publika.az xəbər verir ki, Daşnaksütyun Partiyasının nümayəndəsi Armen Rüstəmyan isə assosiasiyanın hesabatına kəskin reaksiya verib. O bildirib ki, Daşnaksütyunla bağlı seçki anketləri hər zaman saxta olub.

Parlamentə keçmə halında koalisiyaya qoşulma imkanını şərh edən Rüstəmyan, Daşnaksütuyunun koalisiyaya qoşulmayacağını dəqiq şəkildə ifadə edib. Həmçinin, qeyd edib ki, partiyanın mövcudluğu parlamentə gedib-getməməsindən asılı deyil.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu gün 08:00-dan etibarən başlayıb. İlkin nəticələrə əsaəsən, ümumi olaraq cəmi 7,76% səs toplanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm