Qaşıqçı cinayətində SON XƏBƏR: Türkiyəyə rədd cavabı verildi
Bizi izləyin

Region

Qaşıqçı cinayətində SON XƏBƏR: Türkiyəyə rədd cavabı verildi

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətində şübhəli bilinən iki nəfərin Türkiyəyə verilməsini rədd edib.

Publika.az AFR agentliyinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr deyib.

“Qaşıqçı cinayətində adı keçən 2 şübhəli Türkiyəyə ekstradisiya edilməyəcək. Vətəndaşlarımızı vermirik. Bizə qanuni şəkildə məlumat verməyən bir ölkənin həbs qərarı çıxarması çox maraqlıdır”, - o deyib.

Xatırladaq ki, dekabrın 5-də İstanbul Respublika Baş prokurorluğu Camal Qaşıqçı cinayəti ilə əlaqədar Əhməd əl-Assiri və Səud Əl-Kahtaninin həbsini tələb edib.

Adıçəkilən şəxslər səudiyyəli jurnalistin qətlini planlaşdıranlar arasında olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm