Cümhuriyyət tarixində İLK: Qardaş ölkə ordusundan QÜRURLANDIRAN HƏMLƏ - - VİDEO/FOTO
Bizi izləyin

Region

Cümhuriyyət tarixində İLK: Qardaş ölkə ordusundan QÜRURLANDIRAN HƏMLƏ - - VİDEO/FOTO

İraqın şimalında terror hədəflərinə qarşı ötən gün keçirilən əməliyyatın detalları məlum olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Karacak Dağı bölgəsində əməliyyatda 20-dən çox döyüş təyyarəsi və pilotsuz uçuş aparatı iştirak edib.

Əməliyyatda terrorçulara aid 30-dan çox obyekt məhv edilib. Məlumata görə, Türkiyə sərhədindən 180 km aralıda olan Karacak Dağ bölgəsi ilk dəfə vurulub. Vurulacaq nöqtələr kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə müəyyən edilib və dinc sakinlərin zərər görməməsi üçün yüksək həssaslıq nümayiş etdirilib.

Milli Müdafiə naziri Hulusi Akar əməliyyatı Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib.

Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar əməliyyatla əlaqədar maraqlı bir məqama diqqət çəkib. O, Türkiyə ordusunun cümhuriyyət tarixində ilk dəfə bu qədər dərinliklərə endiyini deyib. Mütəxəssis dağın Mosul və Kərkük arasında olduğunu qeyd edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm