Qarabağda erməni ordusuna ŞOK ZƏRBƏ
Bizi izləyin

Region

Qarabağda erməni ordusuna ŞOK ZƏRBƏ

İşğalçı erməni ordusunun ağır yaralanmış iki hərbi qulluqçusu bu gün Xankəndidən İrəvandakı Mərkəzi kliniki hərbi hospitala çatdırılıb.

Publika.az bildirir ki, informasiyasını hospitaldan təsdiq ediblər.

"Hər iki yaralının vəziyyət stabil-ağırdır. Hərbi qulluqçulardan biri kombinasiya edilmiş mina-partlayıcı yaralanmalarla daxil olub, onun baldır sahəsində amputasiya edilib. İkinci yaralı qarın nahiyəsində güllə yaraları ilə gətirilib", - deyə mənbə bildirib.

Hər iki hərbi qulluqçu həkimlərin ciddi müşahidəsi altındadır.

Ordudakı mənbə nəşrə bildirib ki, hadisə minanın partlatması nəticəsində baş verib.

Nəşrin məlumatına görə, hadisə bir neçə gün əvvəl olub. Hadisənin başqa detalları, eləcə də zərərçəkmişlər haqda məlumatlar açıqlanmır. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm