Ruhani Türkiyəyə gedir
Bizi izləyin

Region

Ruhani Türkiyəyə gedir

İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə gələcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki günlük səfəri zamanı İran prezidentini yüksək vəzifəli iqtisadi və siyasi heyət müşayiət edəcək.

Ruhani və Ərdoğan 5-ci Yüksək Strateji Əlaqələr Şurasının toplantısına qatılacaq. Toplantıda iki ölkə arasındakı ticarət dövriyyəsinin 30 milyard dollar çıxarılması üzrə dövlət başçılarının hədəfi müzakirə ediləcək. Səfər çərçivəsində iki ölkə prezidenti qarşısında iqtisadi, mədəni və siyasi sahələrdə əhəmiyyətli müqavilələr imzalanması gözlənilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm