• USD 1,7000 0,00% EUR 1,8737 -0,56%
    • GBP 2,0988 -0,34% RUB 0,0214 0,00%

Kılıçdaroğludan XAİN ADDIM: ASALA-nı müdafiə edən Avazyanla görüşdü və... - FOTOLAR

  • Region
  • 19 Dekabr 2018 16:37
  • 1 578 Baxış
Kılıçdaroğludan XAİN ADDIM: ASALA-nı müdafiə edən Avazyanla görüşdü və... - FOTOLAR

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ASALA terror təşkilatının tərəfdarı olan Natali Avazyanla görüşüb.

Publika.az
“Takvim”ə istinadən xəbər verir ki, N.Avazyan 1980-ci illərdə bir çox terror aktına imza atan Azərbaycan və Türkiyəyə düşmən olan ermənilərin terror təşkilatı ASALA-nı və FETÖ-nü açıq şəkildə müdafiə edir.

N.Avazyan sosial mediada 1982-ci ildə Türkiyədə Esenboğa hava limanına hücum edən və 9 nəfərin ölümünə, 72 nəfərin yaralanmasına səbəb olan ASALA-nın üzvü Levon Ekmekçiyanı “erməni inqilabçı” olaraq anıb.

N.Avazyan sosial mediada tarixi fotolar paylaşması ilə məşhurlaşıb. O, Tvitter hesabında daimi olaraq ASALA terror təşkilatının təbliğatını aparır. Avazyanın türkləri təhqir edən Barbaros Şansalla da yaxın dostluğu diqqət çəkir. Bu erməni qadın FETÖ terror təşkilatını da mütəmadi olaraq müdafiə edir.

CHP lideri Kemal Kılıçdaroğlunun türk düşmənləri ilə görüşü diqqət çəkir. O, bu günlərdə Almaniya səfəri zamanı 2013-cü ildə Türkiyədəki Gəzi gadisələrinin baş memarı olan Soros Fodunun törəmə təşkilatı Fridrix Evert Vəqfində müxtəlif görüşlər keçirib. Bununla yanaşı, Kılıçdaroğlu Almaniyada PKK/YPG terror təşkilatının müdafiəçiləri olan Sevim Taşdelen və Helin Evrim Sommerlə də bir araya gəlib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR