Region
Gürcüstandan əcnəbiləri MƏYUS EDƏN QƏRAR
Gürcüstanda xarici ölkə vətəndaşlarına məxsus, lakin istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaqlar onlardan müsadirə oluna bilər.
Bu barədə Gürcüstan parlamentinin Kənd təsərrüfatı komitəsinin sədri Otar Danelia bildirib.
Onun sözlərinə görə, əcnəbilər onların mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarını mütləq əkib-becərməli olacaqlar: “Xarici vətəndaşların Gürcüstanda aqrar torpaq sahələrinə malik olması problem deyil. Problem ondan ibarətdir ki, bu, onların üzərinə heç bir öhdəlik qoymur. Bir çox hallar var ki, əcnəbilər böyük torpaq sahələrinə sahibdirlər, lakin həmin torpaqları əkib-becərmirlər və bununla bağlı onların heç bir öhdəliyi yoxdur”.
O.Danelia deyib ki, Gürcüstan parlamentində bu cür torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə edilməsinin tətbiqi məsələsi müzakirə olunur.
Komitə sədri qeyd edib ki, Gürcüstanın ümumi torpaq fondu böyük deyil və hazırda, təxminən, 45 000-50 000hektar aqrar torpaq sahələri əcnəbilərin mülkiyyətindədir. (Report)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...