ABŞ körfəzə gəmi göndərdi, İran ordunu AYAĞA QALDIRDI – “Böyük Peyğəmbər” başlandı
Bizi izləyin

Region

ABŞ körfəzə gəmi göndərdi, İran ordunu AYAĞA QALDIRDI – “Böyük Peyğəmbər” başlandı

İran İnqilab Keşişçiləri Korpusu Bəsrə körfəzində hücum və logistik helikopterlərin, pilotsuz təyyarələr və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə hərbi təlimlərə başlayıb.

Publika.az
xəbər verir ki, “Böyük Peyğəmbər 12” adlanan təlimlər beynəlxalq neft daşınmasında əhəmiyyətli keçid olan Hörmüz boğazının yaxınlarında həyata keçirilir.

İranın müdafiə doktrinası çərçivəsində keçirilən təlimlərdə ilk dəfə hücum əməliyyatları sərgilənir.

ABŞ donanmasına aid USS Con C. Stennis təyarə gəmisi də dünən Bəsrə körfəzinə daxil olub. ABŞ gəmisinin körfəzə gəlişi ilə İranın hərbi təlimlərə başlamasının eyni vaxta düşməsi Vaşinqton-Tehran qarşıdurması fonunda diqqət çəkir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm