İranın məşhur generalı öldürüldü - İDDİA
Bizi izləyin

Region

İranın məşhur generalı öldürüldü - İDDİA

Suriyanın Cumraye tədqiqat mərkəzinə İsrailin endirdiyi aviazərbələr nəticəsində 17 zabit və əsgər, həmçinin 3 yüksək vəzifəli İran zabiti həlak olub.

Publika.az xəbər verir ki, bu haqda Suriya ordusunun yüksək vəzifəli keçmiş zabitinə istinadən NEWSru.co.il saytı yazır.

Nəşr qeyd edir ki, bu informasiya fonunda sosial şəbəkələrdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds” elit birliyinin komandiri, general-mayor Qasım Süleymaninin həlak olması haqqında şayiələr yayılıb. Məlumata görə, bu şayiəni çoxları tərəfindən İranın dini lideri ayətullah Xameneinin varisi hesab edilən İranın məşhur din və dövlət xadimi Mahmud Haşemi Şahrudinin dəfn mərasimində Qasım Süleymaninin iştirak etməməsi gücləndirib.

Öz növbəsində, Suriya mənbələri bildirir ki, İsrailin aviazərbələri zamanı İranın briqada generalı və iki polkovnik öldürülüb.

Tehran isə İran zabitlərinin həlak olması haqqında xəbərləri təsdiq etmir.

Xatırladaq ki, aviazərbələr dekabrın 25-də endirilib. İsrailin güc strukturlarındakı rəsmi mənbəyə istinadən “Assoşieyted Press” agentliyinin yazdığına görə, “Hizbullah”a silah çatdırılmasının qarşısının alınması hücumların hədəfi idi. Bu məqsədlə zərbələr üç yaşayış məntəqəsində bir neçə silah anbarına vurulub. Bundan başqa, İsrail Hərbi-Hava Qüvvələrinə mane olmağa çalışan Suriyanın Hava Hücumundan Müdafiə batareyalarına hücüm edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm