• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Koçaryanın məhkəməsi təxirə salındı

  • Region
  • 29 Dekabr 2018 00:27
  • 547 Baxış
Koçaryanın məhkəməsi təxirə salındı

Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını təxirə salıb.

Bunu R.Koçaryanın vəkili Aram Orbalyan jurnalistlərə bildirib.

“İstintaq qurumlarımız çox məşğul olduqlarından iş vaxtı başa çatandan sonra çalışmağın mümkün olmadığı qənaətinə gəliblər. Onların tələbi ilə məhkəmə Koçaryanın girov müqabilində azad edilməsi tələbinə dair dinləməni yanvarın 9-dək təxirə salıb”, - A.Orbalyan bildirib.

Xatırladaq ki, dekabrın 7-də Ermənistan Apellyasiya Məhkəməsi 2008-ci ildə konstitusiya quruluşuna qəsd etməkdə ittiham olunan sabiq dövlət başçısı barəsində həbs qəti imkan tədbiri seçən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Elə həmin gün R.Koçaryan icraçılara zəhmət verməmək üçün Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına özü gəlmişdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR