İran tarixində İLK: SÜNNİ QADIN...
Bizi izləyin

Region

İran tarixində İLK: SÜNNİ QADIN...

İran tarixində ilk dəfə sünni qadın səfir təyin edilib.

Publika.az xəbər verir ki, prezidentin birinci müavini İshaq Cahangiri Sistan və Bəlucistan əyalətinə səfəri zamanı Hümeyra Riqini İranın Bruneydəki yeni səfiri olaraq təqdim edib. Riqi Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra 1979-cu il inqilabından bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi İranın ilk sünni səfiri olaraq tarixə keçib. O, bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm