Ukraynada türk qızlarını öldürən qatil SAXLANILDI - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Region

Ukraynada türk qızlarını öldürən qatil SAXLANILDI - FOTOLAR (YENİLƏNDİ)

Ukraynada iki türkiyəli qızın qətlində şübhəli bilinən qatil saxlanılıb.

Publika.az xəbər verir ki, 30 yaşlı Hüsnü Can adlı şəxs Kurtköy qəbiristanlığında ələ keçib.

Hazırda onun ifadəsi alınır.

***

Ukraynada təhsil alan iki türkiyəli qızın qətli ilə bağlı təfərrüatlar məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qızları öldürən şəxs iki gün onlarla bir evdə qalıb.

Məlumata görə, 21 yaşlı Buket Yıldız və 20 yaşlı Zeynəb Hüsünbəyin ailələri Yeni il gecəsindən sonra onlardan xəbər almadıqlarına görə polisə müraciət edib və cinayət də bundan sonra açılıb.

Qızları B.Yıldızı sevən Hüsnü Can adlı şəxs öldürüb. O, B.Yıldızla bir ilə əvvəl tanış olub. Lakin bir müddət sonra qız onunla əlaqəsini kəsmək istəyib. Lakin Hüsnü Can qızdan əl çəkməyib. Yeni il gecəsi Z.Hüsünbəy marketə gedərkən evə girən qatil əvvəlcə B. Yıldızı bıçaqlayaraq öldürüb. Daha sonra evə qayıdan Zeynəbi bıçaqlayıb. Qatil iki gün onlarla bir evdə qalıb.

B.Yıldız bayram gecəsi küçədə çəkdirdiyi şəkilləri ailəsinə göndərəcəyini deyib. Lakin qızlarının şəkil göndərmədiyindən ailə narahat olub, səhəri günü polisə müraciət edib. Türkiyə polisi dərhal Ukrayna Daxili İşlər Nazirliyinə bu barədə məlumat verib. Polis evə gedib, qapını döyüb, lakin açan olmadığından geri qayıdıb. Həmin vaxt isə qatil evdə qızların yanında olub.

Qatil cəsədləri evdə qoyub və yanvarın 2-də Ukraynadan Türkiyəyə gəlib. Hazırda onun axtarışları davam edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm