Urmiya gölü ilə bağlı gizli planın üstü açıldı - DEPUTATDAN AÇIQLAMA
Bizi izləyin

Region

Urmiya gölü ilə bağlı gizli planın üstü açıldı - DEPUTATDAN AÇIQLAMA

Cənubi Azərbaycanda yerləşən Urmiya gölünün cənub hissəsinə su çatdırılmayacaq.

Publika.az xəbər verir ki, uzun müddətdir gizlədilən planı Cənubi Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri açıqlayıb.

O, mövzu ilə bağlı suala belə cavab verib:

“Urmiya Gölünü Canlandırma Mərkəzi hal-hazırda gölün cənub hissəsinə su axıtmağı planlaşdırmır. Qeyd etmək lazımdır ki, gölə 14 milyard kubmetr su daxil olsa belə, yenə də onun bəzi yerləri, o cümlədən, cənub hissəsinin bir çox yeri susuz qalacaq, o nöqtələrə su çatmayacaq. Urmiya gölünün normal tutumu 31 milyard kubmetrdən ibarət olduğu halda Urmiya Gölünü Canlandırma Mərkəzi göldə suyun həcmini 14 milyard kubmetrə çatdırmağı planlaşdırır. Təəssüflər olsun ki, keçmişdəki təcrübələrə görə, hətta bu layihənin həyata keçirilməsinə də ümid yoxdur”.

Hazırda göldə təxminən, 1.5 milyard kubmetr həcmində su olduğu bildirilir.

Bundan əvvəl Ətraf Mühit Təşkilatının Göl Ekosistemləri Mərkəzinin müdiri Məsud Bağırzadə Kərimi bildirib ki, Urmiya gölünün yarısını canlandırmaqla duz və qum fırtınalarının qarşısını almaq mümkündür. Belə iddialar İran mətbuatında vaxtaşırı gündəmə gəlir. Məqsəd gölün yalnız bir hissəsi, yəni nisbətən dərin olan şimal hissəsini qoruyub saxlamaq və cənub hissəsini unutmaqdır. Bu o deməkdir ki, bölgədə 3 min kvadratmetrdən daha böyük səhralıq yaranacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm