Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatdı
Bizi izləyin

Region

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatdı

Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 10 nəfər ölüb.

“Report”un verdiyi xəbərə görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O deyib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm