Zərifdən Con Boltona İYNƏLİ MESAJ: "Korlar vadisində eynək də taxsanız..."
Bizi izləyin

Region

Zərifdən Con Boltona İYNƏLİ MESAJ: "Korlar vadisində eynək də taxsanız..."

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Yaxın Şərq üzrə siyasətini “siyasi korluq” adlandırıb.

Publika.az xəbər verir ki, nazir Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun İsrailə səfəri zamanı virtual eynəklə çəkilmiş fotosunu paylaşıb. Şərh bölməsinə isə “Bir fotonun min sözü söylədiyi deyilir, ancaq bu foto ABŞ-ın bölgəmizdə illərdir ki, yürütdüyü uğursuz siyasət haqqında min sözdən daha çoxunu deyir. Korlar vadisində virtual gerçəklik eynəkləri ilə olsalar, yenə də kordurlar” sözlərini yazıb.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bazar günü İsrailə səfər edib. O, burada verdiyi açıqlamada Pentaqon qüvvələrinin Suriyadan geri çəkilməsi qərarının Türkiyənin kürdlərin təhlükəsizliyini təmin etmək və İŞİD-in məğlub edilməsinə bağlı olduğunu bildirib. “Kürdlər” ifadəsində isə PKK/YPG terror təşkilatını nəzərdə tutub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm