Ərdoğan "Nyu York Tayms" vasitəsilə elan etdi: "Bir planımız var"
Bizi izləyin

Region

Ərdoğan "Nyu York Tayms" vasitəsilə elan etdi: "Bir planımız var"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “Nyu York Tayms” qəzeti üçün məqalə qələmə alıb.

Publika.az xəbər verir ki, Ərdoğan bu məqaləsində ABŞ-ın Pentaqon qüvvələrini Suriyadan geri çəkmək qərarı ilə bağlı fikirlərini bölüşüb.

Türk lider bildirib ki, ABŞ bu qərarı verməklə doğru addım atıb. Lakin Amerika beynəlxalq toplumun və Suriya xalqının maraqlarının qorunması üçün geri çəkilməyi diqqətli şəkildə planlaşdırmalı və doğru müttəfiqlərlə əməkdaşlıq etməlidir.

“Türkiyə Respublikası olaraq İŞİD və Suriyadakı digər terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqedəyik. Suriyada terrorçular üçün zəfər olmayacaq. Türkiyə tarixin bu ən kritik dövründə də əlini daşın altına qoyub. Bu prosesdə beynəlxalq toplumun yanımızda olacağına inanırıq. İŞİD-i bitirmək və Suriyanın ərazi bütövlüyünü mühafizə etmək üçün bütün tərəflərin birlik içində hərəkət etməsinin zamanı gəlib. Türkiyənin Suriyada sülhü təmin etmək üçün bir planı var. Radikallaşmanın təməlində dayanan səbəbləri ortadan qaldıracaq əhatəli bir strategiyanə həyata keçirmək istəyirik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm