Tbilisidə polis əməkdaşı yaralandı
Bizi izləyin

Region

Tbilisidə polis əməkdaşı yaralandı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində patrul polis əməkdaşı yaralanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yanvarın 7-də Tbilisi dənizi adlandırılan ərazidə baş verib.

Polis əməkdaşı hadisə baş verən zaman xidməti vəzifə başında olmayıb.

O, xəstəxanaya yerləşdirilib və vəziyyəti sabit qiymətləndirilir.

Hadisənin detalları barədə hələlik məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə istintaq aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm