İrandan ABŞ və müttəfiqlərinə sillə kimi təhdid: "Buranı onların başına yıxacağıq..." - - FOTO
Bizi izləyin

Region

İrandan ABŞ və müttəfiqlərinə sillə kimi təhdid: "Buranı onların başına yıxacağıq..." - - FOTO

“SEPAH”ın dəniz qüvvələri körfəzdə İrana qarşı çıxan xarici düşmənlərin qarşısında dayanacaq. Fars körfəzindəki düşmənlərimiz bizi özümüzdən yaxşı tanıyırlar”.

Publika.az xəbər verir ki, bunu “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri deyib.

Komandan ötən gün yerli jurnalistlərə açıqlamasında Amerikaya və onun körfəz ətrafındakı ərəb müttəfiqlərinə qarşı təhdid dolu bəyanatlar səsləndirib.

O bildirib ki, “SEPAH”ın dəniz qüvvələri körfəzdə İrana qarşı çıxan xarici düşmənlərinə kəskin cavab verəcək: “Onların bizim qüvvələrimizin şücaətindən də xəbəri var. Elə buna görə də hesab edirəm ki, düşmənlərimiz öz hesablamarında hansısa bir səhvə yol verməyəcəklər. Yox, əgər onlar öz regional və siyasi hesablamalarında çaşıb səhvə yol versələr, biz möhkəm yumruqla onların ağzından vuracaq, “Donuzlar körfəzi”ndə baş vermiş olay bir daha onlara təkrar edəcək, Fars körfəzini onlar üçün bataqlığa çevirəcəyik. Göründüyü kimi, Fars körfəzi ətrafındakı ölkələr özlərini müdafiə edə bilmirlər. Halbuki biz bunu edə bilərik. Biz Fars körfəzinin təhlükəsizliyini təmin etmişik və bu körfəz hazırda tam təhlükəsiz durumdadır. Lakin əcnəbilər bu körfəzin təhlükəsizliyini pozmağa çalışırlar. Biz isə buna imkan verməyəcəyik. Düşmənlər öz mənafeləri üçün regiona gəliblər. Ancaq onlar bilməlidir ki, daimi olaraq bölgədə qala bilməyəcəklər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm