12 nəfərin mindiyi avtomobildə DƏHŞƏTLİ QƏZA - 2 ölü, 9 yaralı
Bizi izləyin

Region

12 nəfərin mindiyi avtomobildə DƏHŞƏTLİ QƏZA - 2 ölü, 9 yaralı

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markalı avtomobil qəzaya uğrayıb.

Kirman vilayətinin Rabor rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Həmid Nasiri bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Ümumilikdə avtomobildə 12 nəfərin olduğu bildirilir.

H.Nasirinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Yaralıların Əfqanıstan vətəndaşları olduğu bildirilir.

İlkin ehtimal olaraq hadisənin yüksək sürət səbəbindən baş verməsi qeyd edilir. Araşdırma aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm