Türkiyə zirehli texnikanın növbəti hissəsini sərhədə göndərdi - FOTO
Bizi izləyin

Region

Türkiyə zirehli texnikanın növbəti hissəsini sərhədə göndərdi - FOTO

Türkiyə Suriyayla sərhəddə yerləşən hərbi hissələrə hərbi texnikanı çatdırmaqda davam edir.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yazıb.

Bildirilir ki, Suriyayla sərhəddə yerləşən Hatay vilayətinə zirehli avtomobillər və hərbi avtomobillərin növbəti kolonu gəlib. Türkiyənin müxtəlif hərbi hissələrindən sərhədə yola salınan hərbi texnika İskəndərunda dəmir yolu stansiyasına gəlib, sonradan Suriyayla sərhəddə yerləşən hərbi hissələrin gücləndirilməsi üçün göndərilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, Ankara Suriyada Fərat çayının şərqində, həmçinin Münbiçdə terror təşkilatlarına qarşı əməliyyata başlamağa hazırdır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm