• USD 1,7000 0,00% EUR 1,9066 -0,40%
    • GBP 2,1114 -0,77% RUB 0,0270 -0,37%

Ankara Trampın təhdidinə CAVAB VERDİ: Ölümcül...

  • Region
  • 14 Yanvar 2019 05:31
  • 2 609 Baxış
Ankara Trampın təhdidinə CAVAB VERDİ: Ölümcül...

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Donald Trampın Türkiyəni təhdid etməsinə cavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kalın Türkiyənin kürdlərlə deyil, terrorçularla döyüşdüyünü deyib.

“Kürdləri və suriyalıları bütün terror təhdidlərindən qoruyacağıq. Suriyalı kürdləri ABŞ-ın terror siyahısındakı PKK və onun Suriya qolu PYD/YPG ilə bir tutmaq ölümcül bir səhvdir”, - o söyləyib.

İbrahim Kalın əlavə edib ki, Ankara ABŞ-dan strateji ortaqlıq üzrə öhdəliklərini yerinə yeriməsini gözləyir.

"Hörmətli Tramp, terrorçular ortağınız və müttəfiqiniz ola bilməz", - Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Donald Tramp Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacağını bildirib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR