İranda təyyarə QƏZASI: 7 nəfərin cəsədi tapıldı - (YENİLƏNİR)
Bizi izləyin

Region

İranda təyyarə QƏZASI: 7 nəfərin cəsədi tapıldı - (YENİLƏNİR)

İranda qəzaya uğrayan “Boeng-707” tipli yük təyyarəsinin olduğu ərazidən ölənlərin cəsədləri çıxarılır.

Publika.az xəbər verir ki, artıq 7 nəfərin cəsədi tapılıb.

İlkin məlumata görə, təyyarədə 16 nəfər olub. Onların kimliyi hələ ki müəyyən olunmayıb. Yalnız 1 nəfər - təyyarənin bort-mühəndisi sağ qalıb.

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.

***

İranın paytaxtı Tehran şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

Publika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, “Boeing-707” hərbi yük təyyarəsi qəzaya uğrayıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verən qəza nəticəsində 10 nəfər həlak olub.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm