Region
Türkiyə Trampa bu tvitlə CAVAB VERDİ: "Qarşılığı nə olursa-olsun..." - - FOTO
Türkiyənin Müdafiə Nazirliyi ABŞ prezidenti Donald Trampın “Türkiyə iqtisadiyyatını məhv edəcəyik” açıqlamasına prezident Rəcəb Tayyib Ərdoğanın tviti ilə cavab verib.
Publika.az xəbər verir ki, Ərdoğan 3,5 il öncə yazdığı tvitdə “Bütün dünyaya səslənirəm: qarşılığı nə olursa-olsun, Suriyanın şimalında, Türkiyənin cənubunda dövlət qurulmasına icazə verməyəcəyik” sözlərini yazıb.
Müdafiə Nazirliyi isə həmin tviti öz hesabından paylaşıb.
Qeyd edək ki, sözügedən iki ölkə arasında münasibətlər Türkiyənin Suriyada yerləşən terror qruplaşmalarına qarşı hərbi əməliyyatlar təşkil etmək istəyindən sonra gərginləşib. ABŞ-ın bölgədəki hərbi müttəfiqi olan YPG\PYD terror təşkilatına qarşı hərbi hərəkat başladan Türkiyə ABŞ-dan təhdid dolu bəyanatlar alır. Donald Trampın "Türkiyə kürdləri vurarsa, biz də Türkiyə iqtisadiyyatını məhv edəcəyik" sözləri də bu qəbildəndir.
Xatırladaq ki, ötən il amerikalı rahib Bransonun Türkiyədə həbs olunmasına qarşılıq olaraq Amerika Ankaraya maliyyə sanksiyaları tətbiq etmiş və bunun nəticəsində Türkiyə lirəsri rekord həddə bahalaşmışdı.
Zümrüd
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir