Gürcüstanda matəm elan olundu
Bizi izləyin

Region

Gürcüstanda matəm elan olundu

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Diqomi rayonunda baş verib. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm