• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Tbilisidə partlayış

Tbilisidə partlayış

Yanvarın 31-də axşam saatlarında Tbilisinin Pekin prospektində binaların birinin 6-cı mərtəbəsində partlayış olub.

Publika.az xəbər verir ki, nəticədə yanğın baş verib, bir nəfər xəsarət alıb.

Yanğın sakinlər tərəfindən söndürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Paytaxt Tbilisidə əhalinin və sosial obyektlərin qazlaşdırılmasına cavabdeh olan “Kaztransqaz-Tbilisi” şirkəti isə deyilənləri təkzib edir. Şirkətin yaydığı məlumatda deyilir ki, Pekin prospekti 30 ünvanında qaz sızmasından partlayış olmayıb. Partlayışa hələlik mənşəyi məlum olmayan kimyəvi maddə səbəb olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR