• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

SON DƏQİQƏ: PKK-nın vəzifəli şəxsi saxlanıldı

  • Region
  • 2 Fevral 2019 12:20
  • 826 Baxış
SON DƏQİQƏ: PKK-nın vəzifəli şəxsi saxlanıldı

PKK-nın yüksək vəzifəli üzvlərindən Davud Bagestani saxlanılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun üç nəfərlə birlikdə Adana şəhərində polis tərəfindən saxlanıldığı bildirilir.

Bagestaninin saxlanıldığı yerdə ona aid 6 mobil telefon və elektron avadanlıqlar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, D.Bagestaninin Adana və Mərsin şəhərlərində “Canbulut Turgay” adlı saxta adla təşkilat üçün işlədiyi bildirilir.

O həmçinin İsrail-Kürd İnstitutunun rəhbəridir. İsraildə nəşr etdiyi jurnallarda təşkilatın təbliğatını aparıb.

Hazırda D.Bagestani və onunla birlikdə saxlanılan üç nəfər ifadə verirlər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR