Rusiya ABŞ-ın sirrini ifşa etdi - Aprel ayında 58 milyon...
Bizi izləyin

Region

Rusiya ABŞ-ın sirrini ifşa etdi - Aprel ayında 58 milyon...

ABŞ 1987-ci ildə imzalanan “Orta Mənzili Nüvə Qüvvələri Razılaşması”ndan 2 il öncə imtina edib.

Publika.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, ABŞ 2017-ci ildə qadağan edilmiş raketlərin istehsalının hazırlıqlarına başlayıb.

Xəbərə görə, Amerikanın “Raytheon” silah şirkəti Arizona ştatının Tukson şəhərindəki fabrikində 2017-ci ilin aprel ayında qısa və ortamənzilli raketlər üçün istehsal potensialının geişləndirilməsi və modernizasiyası proqramına başlayıb. Bu fabrikin sahəsi son 2 ildə 44% qədər genişləndirilib. Heyət sayı isə iki dəfə artırılıb. Noyabr ayında isə ABŞ Konqresi orta mənzilli raketlərin istehsalı məqsədilə Pentaqona 58 milyon dollar verib.

Rusiya tərəfi bildirib ki, ABŞ Moskvanı razılaşmaya əməl edilməməsi ilə ittiham etsə də, özü 2 il əvvəl bu razılaşmanın müddəalarını heçə sayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bir neçə gün öncə ölkəsinin anlaşmadan çıxdığını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm