İrandan düşmənlərini qorxudacaq addım - 1350 km mənzilli raket buraxıldı
Bizi izləyin

Region

İrandan düşmənlərini qorxudacaq addım - 1350 km mənzilli raket buraxıldı

İran "Huveyzə" adlı yeni qurudan-quruya kruiz raketini tanıdıb.

Publika.az xəbər verir ki, yeni raketin mənzili 1350 km-dir.

Raketin təqdimat mərasimində İranın müdafiə naziri Əmir Hatəmi də iştirak edib. O, raketin tamamilə yerli istehsal olduğunu deyib: “Raketin 1200 km mənzildəki sınaqları uğurla tamamlandı. “Huveyzə” alçaq mövqedən uçaraq hədəfini 12-dən vurur”.

Qeyd edək ki, ABŞ və Rusiyanın 1987-ci ildə əldə edilən “Orta Mənzili Nüvə Qüvvələri Razılaşması”ndan çıxmasından sonra İranın yeni raketini tanıtması diqqət çəkib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm