Erməni millət vəkili parlamentdə od püskürdü: "Qarabağın qaytarılması..."
Bizi izləyin

Region

Erməni millət vəkili parlamentdə od püskürdü: "Qarabağın qaytarılması..."

"Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zohrabyan Qarabağ münaqişəsinin həllinə dair gedən proseslərə münasibət bildirib.

Publika.az xəbər verir ki, millət vəkili Qarabağ münaqişəsinin formulunun sülh qarşılığında ərazilərin qaytarılması olmadığını deyib.

Zohrabyan həmçinin, respublika parlamentində oturan "yalançı vətənpərvərləri" Qarabağ münaqişəsi barədə danışmamağa çağırıb. O bildirib ki, Ebola virusu kimi ölkəyə yayılan müxtəlif siyasi-analitik klubların vətənpərvər və aktiv fəaliyyəti onda ikrah hissi doğurur.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yanvar ayında Parisdə görüşüb və xalqların sülhə hazırlanması prosesi ilə bağlı razılıq əldə ediblər. Bundan başqa, 2019-cu il başlayandan bəri Qarabağ münaqişəsinin həllinə dair proseslər ölü nöqtədən çıxıb. Tərəflərin münaqişənin həllində aktiv rolu nəzərə çarpır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm