Lavrov müharibənin siqnalını verdi: "ABŞ-a hərbi cavab..."
Bizi izləyin

Region

Lavrov müharibənin siqnalını verdi: "ABŞ-a hərbi cavab..."

ABŞ-ın Rusiya ilə imzaladığı “Orta Mənzili Nüvə Qüvvələri Razılaşması”ndan çıxması yeni Soyuq Müharibənin xəbərçisi deyil.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir Bişkekdə yerləşən Qırğız-Rus Slavyan Universitetinin tələbləri ilə görüşdə mövzuya toxunub:

“Soyuq Müharibə yaşanmasının müzakirə mövzusu olacağını hesab etmirəm. Yeni bir dövr başladı. Bu dövrdə ABŞ bütün silah nəzarət və strateji hücum silahlarını məhdudlaşdırmaq sistemini aradan qaldırmaq siyasətini izləyir. Bu da kədərləndiricidir. Biz silahlanma yarışına girmək məqsədində deyilik. Vladimir Putin də bunu çox açıq şəkildə bildirib. ABŞ-ın razılaşmadan çəkilməsindən qaynaqlanan təhdidlərə hərbi və texniki vasitələrlə müqavimət göstərmək niyyətindəyik”.

Qeyd edək ki, ABŞ Rusiyanın 9M729 raketinin iki ölkə arasındakı razılaşmasını pozduğunu iddia edərək 2 fevral tarixində müqavilədən çıxdığını elan edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm