Kalın: "Bu ərazilər Türkiyənin nəzarətində olmalıdır"
Bizi izləyin

Region

Kalın: "Bu ərazilər Türkiyənin nəzarətində olmalıdır"

"Türkiyə ilə ABŞ arasında Suriyanın Münbiç bölgəsinə dair yol xəritəsi çoxdan həyata keçirilməli idi".

Publika.az xəbər verir ki, bunu Türkiyə hökumətinin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O, bildirib ki, Türkiyə ABŞ-la razılaşdırdığı yol xəritəsinin həyata keçirilməsində Rusiya ilə də eyni mövqeni bölüşür.

“Münbiç və Fərat çayının şərqindəki bölgədə də oxşar modelin tətbiqi üçün başlıca şərt həmin bölgəyə nəzarətin Türkiyəyə verilməsidir”, - deyən Türkiyə rəsmisi Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Cenevrə və Astana proseslərində bundan sonra da iştirak edəcəklərini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm