Fransanın ermənilərə "jest"inə Türkiyədən sərt cavab: "Makronun siyasi boğuşmaları..."
Bizi izləyin

Region

Fransanın ermənilərə "jest"inə Türkiyədən sərt cavab: "Makronun siyasi boğuşmaları..."

Fransa prezidenti Emmanuel Makronun qondarma erməni soyqırımı ilə bağlı anım günü təsis etməsinə Türkiyədən cavab gəlib.

Publika.az xəbər verir ki, prezidentin mətbuat katibi İbrahim Kalın erməni soyqırımının anım gününü şiddətlə qınadığını deyib.

“Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi gerçəklərə istinad etməyən siyasi yalandır. Türkiyə baxımından heç bir əhəmiyyəti yoxdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə tarixi gerçəklərin aydınlaşdırılması üçün Ortaq Tarix Komissiyası qurulması çağırışından qaçanlar tarixi olayları manipulyasiya etməyə çalışırlar. Keçmişi saxtalaşdıraraq tarixdən kin və nifrət çıxarmağa çalışanlara əsla fürsət verməyəcəyik. Heç kim Türkiyəni işləmədiyi bir cinayətə görə ittiham edə bilməz. Ölkəsində siyasi problemlərlə boğuşan Makronun tarixi hadisələri siyasi məhsul kimi istifadə etməsini qınayır və rədd edirik. Türkiyə I Dünya Müharibəsində yaşanan hadisələri ortaq ağrı və adil yaddaş yanaşması ilə aydınlaşdırmaq üçün hər cür təşəbbüsə dəstək verməyə hazırıq”-, Kalın bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm