Nazir azərbaycanlıların və ermənilərin yaşadığı kənddə - FOTO
Bizi izləyin

Region

Nazir azərbaycanlıların və ermənilərin yaşadığı kənddə - FOTO

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Tsopi kəndinə səfər edib.

Report-un verdiyi xəbərə görə, dövlət naziri kənd məktəbində olub və tezliklə müasir tələblərə cavab verən yeni məktəb binasının inşa olunacağını bildirib.

K.Tsixelaşvili deyib ki, binanın tikintisi ilə bağlı elan olunan tender bir neçə gündən sonra başa çatacaq və tikinti işlərinə start veriləcək: “Bu gün Tsopi kəndində olmağımdan çox məmnunam. Bu kənddə bizim azərbaycanlı və erməni vətəndaşlarımız uzun illərdir ki, bir ailə kimi yaşayırlar. Bu, çox yaxşı ənənədir. Kənd məktəbində də azərbaycanlı və erməni uşaqlar birlikdə təhsil alırlar”.

Dövlət naziri birinci sinif şagirdlərinə simvolik hədiyyələr təqdim edib. Qeyd olunub ki, məktəb şagirdləri üçün Tbilisiyə tanışlıq turu təşkil olunacaq.

Məktəbə baş çəkəndən sonra K.Tsixelaşvili kənd sakinləri ilə görüşüb və onları narahat edən problemlərlə maraqlanıb.

Dövlət nazirini Tsopi kəndinə səfərində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayon rəhbərliyinin nümayəndələri və digər rəsmi şəxslər müşayiət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm